"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü həbs edilib

"Daşnaksütyun" partiyasının gənclər qanadının üzvü Andranik Çamiçyan iki ay müddətinə həbs edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruben Melikyan məlumat verib.

Həbs-qətimkan tədbirinin seçilməsi haqqında qərarı Açapnyak inzibati rayonunun birinci instansiya məhkəməsi qəbul edib.

Daha əvvəl bildirilmişdi ki, A.Çamiçyan terror aktının hazırlanmasında ittiham olunur.

İyulun 10-da səhər saatlarında "Daşnaksütyun"un bir neçə üzvünün evində axtarışlar aparılıb. Nəticədə 7 nəfər saxlanılıb və İstintaq Komitəsinə aparılıb. Onların adları terror aktlarının hazırlanması və silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işdə keçir.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24