Dağıstanda Untsukul kəndində atışma baş verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri bildirib.
Məlumata görə, atışma məktəbin yaxınlığında baş verib. Hadisə nəticəsində üç nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Məktəbdə heç kim xəsarət almadığı, dərs prosesinin pozulmadığı və təxliyə həyata keçirilmədiyi vurğulanıb.