Bakı. 11 oktyabr. REPORT.AZ/ Çuvaş Respublikasında avtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 11 nəfər ölüb, daha 19-u yaralanıb.
“Report” xəbər verir ki, bu barədə region rəhbərinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.
"Yük maşını və Kanaşdan Moskvaya gedən "Fiat" markalı sərnişin mikroavtobusu toqquşub", — deyə "İnterfax" Daxili İşlər Nazirliyinin (DİN) məlumatını sitat gətirib.
Qəza Bakı vaxtı ilə təqribən 20:10-da respublikanın Çeboksar rayonunda baş verib.
DİN-in məlumatına görə, qəzaya yük maşınının qarşı zolağa çıxması səbəb olub.