Bakı. 21 dekabr. REPORT.AZ/ "Ceyş əl-Fəth" silahlı koalisiyası (əvvəllər Cebhat ən-Nüsrə) Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
Qeyd edək ki, daha əvvəl Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən Mert Altıntaşın hoteldəki nömrəsində "Əl-Qaidə" terror qruplaşması və Fətullahçı Terror Təşkilatı haqqında kitablar aşkar edilməsi barədə məlumat yayılıb.
Xatırladaq ki, səfir Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışı zamanı güllələnib.