Çavuşoğlu ilə Lavrovun görüşü başlayıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş başlayıb.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, tərəflər Ukraynadakı durumu müzakirə edirlər.

Antalyada keçirilən üçtərəfli görüşdən sonra bu, Çavuşoğlu ilə Lavrovun ilk görüşüdür.

Qeyd edək ki, türkiyəli nazir sabah Ukraynaya səfər edəcək.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04