Türkiyənin Çanaqqala vilayətinin Ayvacık rayonunda meşə yanğını olub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, yanğın havadan və qurudan müdaxilə ilə nəzarətə götürülüb.
Hadisə yerinə yanğınsöndürənlər, o cümlədən helikopterlər cəlb olunub. İntensiv müdaxilədən sonra yanğın nəzarət altına alınıb.
Hazırda ərazidə soyutma işləri aparılır.