Türkiyənin Bursa şəhərində toyda kütləvi zəhərlənmə olub.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, səhhəti pisləşən 100-dən çox şəxs xəstəxanalara müraciət edib.
"Toyda toyuqlu plovu yeyən bəzi qonaqların bir müddət sonra vəziyyəti pisləşib", - məlumatda bildirilib.
Ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara müraciət edənlər müalicə olunur.