Bu gün Tbilisidə ədliyyə nazirinin istefası tələbi ilə aksiya keçiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ Bu gün Tbilisidə Gürcüstanın ədliyyə naziri Teya Tsulukianinin istefası tələbi ilə etiraz aksiyası keçiriləcək.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, piket nazirin yaşadığı evin qarşısında olacaq.

“Teya Tsulukiani məhkəmə hakimiyyətini nə qəbul edir, nə də hörmət”, - aksiya təşkilatçıları bildiriblər.

Aksiya təşkilatçılarının daha bir tələbi yeni baş prokuror və ədliyyə nazirinin kim olmasının ictimaiyyətlə razılaşdırılmasıdır. 

Qeyd edək ki, iyunun 1-də Tbilisinin mərkəzindəki davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidze etiraz aksiyası təşkil edib. O bildirib ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından biri olmuş sabiq prokurorun oğlu istintaqdan yayındırılıb.  

Etiraz aksiyaları fonunda Gürcüstanın baş prokuroru İrakli Şotadze istefa verib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49