Böyük Britaniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Tom Dodd Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Report” xəbər verir ki, məlumatı TASS yayıb.
Məlumata görə, Rusiya XİN-də Tom Dodd ilə bir saatdan artıq məsləhətləşmə keçirilib.
Jurnalistlərin “Sizi Rusiya XİN-ə niyə çağırmışdılar” sualına cavabında Tom Dodd rus dilində belə cavab verib: “Biz Ukraynada sülh istəyirik”.