Böyük Britaniya və Rusiya müdafiə nazirlərinin görüşünün tarixi məlum olub

Böyük Britaniyanın müdafiə naziri Ben Volles və rusiyalı həmkarı Sergey Şoyqu arasında görüş fevralın 11-də Moskvada baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, tərəflər Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Xatırladaq ki, yanvarın 21-də S.Şoyqu britaniyalı həmkarını Moskvaya səfərə dəvət etmişdi.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24