Aİ XİN rəhbərləri "Taxıl sazişi"nin dayandırılmasının nəticələrini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə keçirilən toplantıda "Taxıl sazişi"nin dayandırılmasının nəticələrini, taxılın quru yolla nəqli yollarını müzakirə edəcəklər.

"Report" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.

Qeyd edək ki, Aİ Xarici Əlaqələr Şurasının gündəliyində əsas məsələlərdən biri Ukrayna hadisələri olacaq. Aİ Şurası Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın videomüraciətini dinləməklə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

“Nazir Kulebanın Şuraya Ukraynadakı vəziyyət, habelə ölkənin cari ehtiyacları və prioritetləri barədə məlumat verəcəyi gözlənilir”, - deyə bildirilib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24