BMT ABŞ hökumətinin Rusiyanın BMT-dəki missiyasının əməkdaşları ilə bağlı aldığı qərarı təsdiqləyib.
“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında bildirib.
Sözçü deyib ki, sözügedən diplomatla bağlı müvafiq tədbirlər görülür: “Bizə ABŞ höküməti tərəfindən bu barədə məlumat verildi. Onların siyahısına daha bir diplomat əlavə olundu. Rusiyanın BMT-dəki daimi nümayəndəliyində çalışan 13 diplomatın BMT qanunvericiliyində nəzərdə tutulan prinsinpləri, qərargah razılaşmasını pozduğunu dəqiqləşdirdik. Məsələnin həssaslığı ilə bağlı daha çox şərh verməyəcəm, hətta onların kişi və ya qadın olduğunu söyləməyəcəm”.