Belarusda son sutkada daha 159 nəfərdə koronavirus aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da Belarusda yoluxma hallarının sayı 65 782-yə çatıb.
Son sutkada COVID-19-dan 6 nəfər ölüb və pandemiya qurbanlarının sayı 491-ə çatıb.