Çexiyanın Belarusdakı diplomatı Tomaş Krıl "arzuolunmaz şəxs ("persona non-qrata") elan edilib və 72 saat ərzində ölkəni tərk etməlidir.
"Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ruslan Varankov jurnalistlərə bildirib.
"Bu gün Çexiyanın Belarusdakı diplomatik missiyasının rəhbərinin səlahiyyətlərini icra edən Tomaş Krıl XİN-ə çağırılıb. Onun "persona non-qrata" elan edildiyi və 72 saat ərzində Belarus ərazisini tərk etməli olduğu bildirilib", - o qeyd edib.