2 minə yaxın ağır yük avtomobili Belarusdan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün sərhəddə gözləyir.
“Report” Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) məlumatında deyilir.
DSK-nın məlumatına görə, ən çətin vəziyyət Litva istiqamətindədir: “Kotlovka”da 110, “Kamennıy Loq”da 700, “Benyakoni”də 630, “Privalka”da 200 nəqliyyat vasitəsi tıxac yaradıb.
Latviya istiqamətində bir keçid məntəqəsi var və “Qriqorovşina”da yola düşmək üçün 230 yük maşını yığılıb.
Belarus-Polşa sərhədində yalnız “Kozloviçi”də sıra var - 40 avtomobil sərhəddən buraxılmağı gözləyir.