Rusiyada helikopter qəzaya uğrayıb, iki nəfər ölüb

Rusiya Federasiyasının Başkortostan Respublikasında “Eurocopter AS 350” helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan üç nəfərdən ikisi ölüb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə yanvarın 7-nə keçən gecə Blaqoveşenski rayonunun Karaqaykul kəndi yaxınlığında baş verib.

Onlardan biri hadisə yerində, digəri isə təcili yardım maşınında dünyasını dəyişib. 

Hadisəyə texniki nasazlığın səbəb ola biləcəyi ehtimal olunur.

Xəbər lenti