Türkiyə Gürcüstanın müstəqillik əldə etdikdən sonra ən etibarlı dostlarından biridir, iki ölkə arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir.
“Report”un yerli bürosu xəbər verir ki, bu, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Türkiyənin daxili işlər naziri Süleyman Soylu arasında keçirilən görüşdə vurğulanıb.
Tərəflər iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərini müzakirə ediblər, mövcud əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıblar.
Görüşdə Gürcüstan və Türkiyənin hüquq mühafizə orqanları arasındakı məhsuldar əməkdaşlıq, İ.Qaribaşvilinin Cənubi Qafqazın üç ölkəsinin iştirakını nəzərdə tutan “Dinc Qonşuluq Siyasəti” təşəbbüsü da müzakirə olunub.
Baş nazir Türkiyə tərəfinə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və Avroatlantik səylərinə sarsılmaz dəstəyinə görə təşəkkürünü bildirib. S.Soylu İ.Qaribaşviliyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarını çatdırıb.
Görüşdə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də iştirak edib.