Baş nazir: Ermənistan KTMT-dən çıxmağa ehtiyac görmür

Ermənistanın baş naziri Nikol Paşinyan indiki mərhələdə ölkəsinin KTMT-dən çıxmasına ehtiyac görmür.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransı zamanı bildirib.

“Biz bütün səviyyələrdə KTMT-də iştirakımızı dondurmuşuq. Hesab edirik ki, belə qərar bu mərhələdə kafidir”, - Paşinyan deyib.

“İndi başqa qərar verməyə ehtiyac yoxdur. Ancaq bu, növbəti mərhələdə belə bir ehtiyacın olmayacağı anlamına gəlmir”, - o vurğulayıb.

Digər xəbərlər

İranda bazar yanır 03 fevral, 2026 / 11:53