Balarus prezidenti : "Qərblə bütün fikir ayrılıqlarını dəf etmişik"

Bakı. 2 oktyabr. REPORT.AZ/ “Minskin açıq, doğru və praqmatik siyasəti qərb dövlətləri ilə fikir ayrılığının aradan qalxmasına və münasibətlərimizin güclənməsinə yardım edib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 2-də xarici ölkələrin səfirlərinin etimadnaməsinin qəbulu ilə bağlı keçirilən tədbirdə bildirib.

“Belarus fikir ayrılığını dəf edib. İndi qarşılıqlı hörmət və balanslaşdırılmış maraqlar əsasında yeni platformada əməkdaşlıq qurmaq lazımdır”, -deyə o vurğulayıb. 

Digər xəbərlər