Bakıda Xəzərin Su və Bioloji Ehtiyatlarının Mühafizəsinə dair Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakı. 15 noyabr. REPORT.AZ/ "Bu ilin sonunadək Azərbaycanda Xəzərin Su və Bioloji Ehtiyatlarının Mühafizəsi və Səmərəli İstifadəsinə dair Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirilməsi gözlənilir".

“Report” xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, son vaxtlar elmi dairələrdə Xəzər məsələlərinə maraq xeyli artıb.

Rusiya XİN-in nümayəndəsi deyib ki, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin monitorinqi üçün yaradılan xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun iclasına hazırlıq görülür: "Bu formatda ilk görüşün yaxın zamanlarda Bakıda keçirilməsi planlaşdırılır”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40