Bağdadda hərbçilərin avtomobilinə hücum olub, 4 hərbçi ölüb

İraqın paytaxtı Bağdadın Tarimiye rayonunda hərbçiləri daşıyan avtomobilə bombalı hücum nəticəsində 4 hərbçi ölüb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyinə məxsus ofisin yaydığı yazılı açıqlamada bildirilib.

Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

Digər xəbərlər