Avropa İttifaqı Gürcüstana 3,5 mlrd. avro ayıracaq

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Gürcüstana 3,5 mlrd. avro ayıracaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, vəsait Gürcüstanda infrastruktur layihələrinin həyata keçirilməsinə sərf olunacaq: “Bu, vacib qərardır. Gürcüstanın Avropa strukturlarına inteqrasiyası bizim xarici siyasətimizin əsas prioritetidir. Məqsədimiz Avropa İttifaqına inteqrasiyadır. Bu maliyyə yardımı da bunu nəzərdə tutur”.

D.Zalkaliani deyib ki, Gürcüstanda nəqliyyat infrastrukturunun inkişafını nəzərdə tutan bir sıra əhəmiyyətli layihələr var və Aİ-nin vəsait ayırması alqışlanır. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24