Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası İrəvanda keçiriləcək

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası payızda İrəvanda keçiriləcək.

“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şuranın iclasının yekunlarına dair Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev məlumat verib.

“Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası sentyabrın sonu - oktyabrın əvvəlində İrəvanda keçiriləcək”, - o qeyd edib.

2015-ci ildə yaradılan Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40