ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Ermənistanın XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş İ.Xovayevin Ermənistana səfəri çərçivəsində gerçəkləşdirilib.

Qeyd edək ki, yeni təyin olunan rusiyalı həmsədr İ.Xovayevi avqustun 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qəbul etmişdi.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24