ATƏT-in avtomobili Luqanskda minaya düşüb, 1 nəfər ölüb

Bakı. 23 aprel. REPORT.AZ/ ATƏT-in monitorinq missiyasının avtomobili Ukraynanın separatçıların nəzarəti altında olan Luqansk vilayətində minaya düşüb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Anti-Terror Əməliyyatları qərargahının mətbuat xidmətinə istinadən UNN məlumat yayıb.

TASS-ın məlumatına görə, insident nəticəsində ATƏT-in monitorinq missiyasının bir əməkdaşı ölüb, digəri isə yaralanıb.

Digər xəbərlər