Lui Bono Armen Qriqoryanla İrəvanla Bakı arasında normallaşma prosesini müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkənin Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini və son hadisələri müzakirə ediblər.

A.Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və uzunmüddətli sülhün bərqərar olmasına sadiqliyini təsdiqləyib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49