Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-nin müdafiə üzrə katib müavinin köməkçisi Laura Kuperlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Armen Qriqoryan feysbuk səhifəsində yazıb.
O, Laura Kuperlə ikitərəfli hərbi əməkdaşlıq məsələlərini də müzakirə etdiklərini bildirib.