Ankarada partlayış olub: 1 nəfər ölüb, 3 nəfər yaralanıb - VİDEO

Bakı. 14 iyun. REPORT.AZ/ Ankarada İvedik Sənaye rayonunda partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, hadisə avtomobil ehtiyat hissələri və mühərrik yağları satılan dükanda baş verib.

Partlayışın məişət qazı balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

Digər xəbərlər

Nikol Paşinyan Brüsselə yollanıb 03 noyabr, 2026 / 09:47