Rusiyanın Amur vilayətində yük qatarının vaqonları relsdən çıxaraq qarşıdan gələn yük qatarı ilə toqquşub, maşinist xəsarət alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.
"Moskva vaxtı ilə saat 06:47-də Zabaykalye dəmir yolunun Çalqanı - Uşumun mənzilində yük qatarının vaqonları relsdən çıxıb və qonşu yolda hərəkət edən qarşıdan gələn yük qatarının vaqonları ilə toqquşub", - məlumatda bildirilib.
Qeyd olunub ki, həmin sahədə hərəkət dayandırılıb, sərnişin qatarlarının fəaliyyətində gecikmələr gözlənilir.