Almatıda 5 xarici vətəndaş terror aktı hazırladıqlarına görə həbs edilib.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
"Bundan başqa, cari ilin sentyabr və oktyabr aylarında terrorizmi təbliğ etməkdə şübhəli bilinən 8 Qazaxıstan vətəndaşı cinayət işi çərçivəsində həbs edilib", - məlumatda bildirilib.
İlin əvvəlindən bəri 6-sı xarici vətəndaş olan 89 nəfər bu cür cinayətlərə görə məsuliyyətə cəlb edilib.