Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını qovub

Almaniya hökuməti İranın Berlindəki səfirliyinin iki əməkdaşını “persona non-qrata” (arzuolunmaz şəxs) elan edib.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-I yayıb.

Onların casusluq fəaliyyəti ilə məşğul olduqları ehtimal edilir.

Məlumata görə, Almaniyanın xarici işlər naziri Annalena Berbok İranın iranəsilli Almaniya vətəndaşı Cəmşid Şarmehdin barəsində edam hökmu çıxarılmasını tənqid edib: "Almaniya hökuməti İran səfirliyinin 2 əməkdaşını “persona non-qrata” elan etdi. Onlara Almaniyanı tərk etmələri üçün qısa müddət verilib”.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49