Ali Rada Rusiyanın Ukraynadakı müharibəsini xalqa qarşı soyqırımı kimi tanıyan qətnamə qəbul edib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə deputat Yaroslav Jeleznyak Ali Radanın iclasından sonra teleqramda bildirib.
363 xalq deputatı “Rusiya Federasiyası tərəfindən Ukraynada soyqırımı” bəyanatı ilə bağlı qərarın lehinə səs verib.