“Yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb ilin yekununa dair məsələləri müzakirə edəcəyik”.
“Report” BelTAya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabrın 31-də ölkəsinin Baş naziri Roman Qolovçenkonun hesabatını qəbul edərkən bildirib.
O, görüşdə qarşıda duran vəzifələri müzakirə edəcəklərini vurğulayıb: “Prezident Putinlə inteqrasiya layihələri üçün təxminən 1,5 milyard dollar ayrılmasını razılaşdırmışıq. Bu bizdən çox Rusiyaya sərfəlidir”.
Dövlət başçısının sözlərinə görə, Rusiya bu səbəbdən layihələrə kredit ayırır.