“Estoniyada məktəblər vahid dövlət dilində təhsilə keçdikdən sonra rusdilli bəzi məktəblər fəaliyyətini davam etdirə bilər”.
“Report” xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis "ETV+” telekanalına müsahibəsində deyib.
“Gənclərin rus dilini öyrənməsi və rus dilində təhsil almaq üçün bəzi məktəblərin qala biləcəyini güman edirəm. Bizdə ingilis və fransız dillərini də öyrənmək olur. Bu baxımdan rus dili də istisna deyil”.
Prezident estondilli təhsilə keçmək istiqamətində fəaliyyəyət göstərməyə çağırış edib. Məlumata görə, bu il dekabrın 3-də Estoniyanın Təhsil və Elm Nazirliyi 2035-ci ildə ölkədəki bütün məktəblərin eston dilinə keçməsi ilə bağlı planı təqdim edib.
Hazırda Estoniyanın müxtəlif bölgələrində rus dilində 74 orta məktəb fəaliyyət göstərir. Estoniyadakı məktəblilərin 20 faizi bu məktəblərdə təhsil alır.