Aİ-nin texniki qiymətləndirmə missiyası ilə Ermənistanın müdafiə naziri də görüşüb

Yanvarın 10-da Ermənistanın müdafiə naziri Suren Papikyan Marçin Vidranın rəhbərlik etdiyi Avropa İttifqaının (Aİ) texniki qiymətləndirmə missiyasını qəbul edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüşdə Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin də iştirak edib.

Müdafiə naziri Aİ-nin regionda sülh və sabitliyin möhkəmləndirilməsində iştirakını yüksək qiymətləndirib, monitorinq missiyalarının rolunu vurğulayıb.

Qeyd edək ki, dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin texniki qiymətləndirmə missiyasını qəbul etmişdi.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49