Aİ-nin energetika üzrə komissarı İrana səfər edəcək

Bakı. 15 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) energetika üzrə komissarı Miqel Arias Kanyete mayın 19-20-də İrana səfər edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiç brifinqdə deyib.

Onun sözlərinə görə, səfərin məqsədi İranla Aİ arasında energetika sahəsində əməkdaşlığı müzakirə etməkdir.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50