AEBA-nın baş direktoru Tehrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi fevralın 20-də Tehrana səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə İranın AEBA-daki daimi nümayəndəsi Kazem Qaribabadi tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, baş direktor Tehranda İranın Atom Enerjisi Təşkilatı ilə əməkdaşlığın perspektivini müzakirə edəcək.

Digər xəbərlər

İstanbulda fabrik yanır 19 yanvar, 2026 / 12:05