Adanada zəlzələ olub

Türkiyənin Adana şəhərində 4,5 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri şəhərində Saimbeyli rayonunda olub. Zəlzələnin ocağı 6,96 km dərinlikdə yerləşib. Təbiət hadisəsi yerli vaxtla 07:09-da (Bakı vaxtı ilə 08:09-da) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Digər xəbərlər

Türkiyədə 350 kq kokain aşkarlanıb 13 sentyabr, 2026 / 14:16
Hakan Fidan Suriyaya səfər edib 13 sentyabr, 2026 / 14:04