Türkiyənin Adana vilayətinin Feke rayonunda başlayan meşə yanğını nəzarətə götürülüb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsinə 2 su tankeri, 2 helikopter, 2 təyyarə və 40 nəfərlik şəxsi heyət cəlb olunub.
09:23
Türkiyənin Adana vilayətində meşə yanğını başlayıb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə 2 su tankeri, 2 helikopter cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Hadisənin səbəbi hələ ki məlum deyil.