Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə ABŞ vətəndaşlarına 2019-cu ilin yanvarınadək viza verilməsini dayandırıb.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Recep Akdağ bildirib.
“Bu məsələni, bütövlükdə, yaxşılaşdırmaq, vətəndaşların işlərini asanlaşdırmaq lazımdır. ABŞ-ın bu davranışı öz vətəndaşlarının işlərini çətinləşdirir. Biz də onlara qarşılıq olaraq limitlər tətbiq edirik”, - o vurğulayıb.
Qeyd edək ki, dekabrın 19-da ABŞ-ın Türkiyədək səfirliyi Türkiyə vətəndaşlarının viza işlərini 2019-cu ilin yanvarın 1-dək dayandırdığını açıqlayıb.