ABŞ senatoru: “Ukraynada müharibə həlledici dövrə qədəm qoyur"

“Ukraynada müharibə həlledici dövrə qədəm qoyur”.

“Report” xəbər verir ki, bunu ABŞ senatoru Anqus Kinq CNN-ə müsahibəsində deyib.

“Putinin ümidsizliyi daha da artır. Ukrayna Silahlı Qüvvələrinin növbəti 2 həftə ərzində nümayiş etdirdiyi döyüş qabiliyyəti proseslərdə ciddi rol oynaya bilər. Rusiya qoşunları istiqamətlərini dəyişiblər. Onlar artıq şərqə doğru hərəkət edirlər", - o söyləyib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyatın birinci mərhələsinin başa çatdığını bildirmişdi.

Digər xəbərlər