ABŞ Müdafiə Nazirliyinin nümayəndələri İrəvanda səfərdədir

ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələri - general-mayor Kit Filips və Patrik Prayori İrəvanda səfərdədir.

“Report” xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Ermənistandakı səfirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Pentaqonun nümayəndələrinin səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətlərinin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsinin perspektivləri müzakirə ediləcək.

Həmçinin ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələrinin Ermənistanın rəsmi şəxsləri və Silahlı Qüvvələrin əməkdaşları ilə görüşləri planlaşdırılıb.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45