​ABŞ-ın keçmiş dövlət katibi Rusiyanın XİN başçısı ilə görüşüb

Bakı. 4 fevral. REPORT.AZ/ ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ukrayna və Suriyadakı vəziyyət də daxil olmaqla, beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılıb. 

Digər xəbərlər