ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun qarşısında naməlum şəxs özünü yandırmaq istəyib

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun binasının qarşısında naməlum şəxs özünü yandırmağa cəhd göstərib.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, İstanbulun Sarıyeri rayon polisi və xüsusi təyinatlı dəstənin əməkdaşları adı açıqlanmayan şəxsin özünü yandırmasının qarşısını alıblar.

“Fətullah Güləni gətirsinlər (ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının başçısı Fətullah Güləni nəzərdə tutur). Mənim qardaşım Ogün həbsxanasındadır. Özümü yandıracağam”, - həmin adam qışqırıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49