“Gələn il İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1 milyard 125 milyon 700 min manat vəsait ayrılacaq”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məslisin bu gün keçirilən plenar iclasında - “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, birinci ildir bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə keçilib: “Onlara ayrılan vəsaitlə bağlı gizli bir şey yoxdur. Bu məbləğ deputatlara açıqlana bilər”.