Azərbaycan qanunvericiliyinə "velosiped zolağı" və "velosiped yolu" anlayışları daxil edilir

Azərbaycan qanunvericiliyinə "velosiped zolağı" və "velosiped yolu" anlayışları daxil edilir.

"Report"un xəbərinə görə, bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Velosiped zolağı - yolun hərəkət hissəsinin velosipedlərin hərəkəti üçün nəzərdə tutulmuş uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.

Velosiped yolu - avtomobil yolundan və ya avtomobil yolunun digər elementlərindən konstruktiv şəkildə ayrılan, velosipedlərin hərəkəti üçün işarələnmiş ayrıca yoldur.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Digər xəbərlər