"Space" TV-yə müvəqqəti rəhbər təyin olunub

"Space" Müstəqil Teleradio şirkətinə rəhbər vəzifəsini icra edən şəxs təyin olunub.

"Report" xəbər verir ki, bu vəzifəyə Kamil Şahverdiyev təyinat alıb.

K.Şahverdiyev SSRİ xalq artisti Rəşid Behbudovun kürəkənidir və Rəşid Behbudov Fondunun direktorudur.

O, "Space" televiziyanın baş prodüseri vəzifəsində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə Vaqif Mustafayev "Space" televiziya kanalının rəhbəri vəzifəsindən çıxarılıb.

Digər xəbərlər

Baku TV 8 yaşını qeyd edir 18 fevral, 2026 / 09:40
Teleqrafın 14 yaşı tamam olur 07 fevral, 2026 / 12:47