Nuşirəvan Məhərrəmov 6 il müddətinə MTRŞ-nin üzvü təyin edilib

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nuşirəvan Umud oğlu Məhərrəmovun Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncama əsasən N.Məhərrəmov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

Digər xəbərlər