MTRŞ-da yeni vəzifə yaradılacaq

Milli Televiziya və Radio Şurasında (MTRŞ) yeni vəzifə yaradılacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq Şuranın Aparat rəhbəri Asəf Hacıyev deyib. 

O bildirib ki, bu, MTRŞ sədrinin köməkçisi vəzifəsidir.

A.Hacıyev qeyd edib ki, həmin vəzifəni tutmaq üçün elan olunan daxili müsahibəyə sənəd qəbulu artıq başa çatıb: “Namizədlərlə bağlı məlumat Dövlət İmtahan Mərkəzinə təqdim olunub”.

Aparat rəhbəri qeyd edib ki, may ayının sonuna kimi MTRŞ sədrinə köməkçi təyin olunacaq. 

Digər xəbərlər

Modern.az 17 yaşını qeyd edir 01 sentyabr, 2026 / 13:28
Trend 31 yaşını qeyd edir 01 sentyabr, 2026 / 10:15
İTV 21 yaşını qeyd edir 29 avqust, 2026 / 09:29