Misirin ədəbiyyat qəzetində Vaqif Sultanlının hekayələri dərc olunub

Bakı. 23 noyabr. REPORT.AZ/ Qahirədə nəşr olunan "Əxbar əl ədəb" (Ədəbiyyat xəbərləri) qəzeti Azərbaycanın yazıçı-ədəbiyyatşünası Vaqif Sultanlının "Qütb gecəsi" və “Vətən” hekayə­lərini dərc edib.

Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, hekayələri ərəb dilinə Misirin azərbaycanşünas alim MMM-nin direktoru Əhməd Sami Elaydi tərcümə edib.

Qəzetdə həmçinin tərcüməçinin “Vaqif Sultanlının yaradıcılığında mühacirət və özgələşmə” adlı təqdimat məqaləsi də dərc olunub.

Digər xəbərlər

Bakıda Qafqaz Media Forumu keçirilib 29 oktyabr, 2026 / 12:42